XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:44 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Qarabağ və Şərqi Zəngəzurda 40 təhsil və 20 səhiyyə müəssisəsi fəaliyyətə başlayıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur.
Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciətində bildirib ki, regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi, həmçinin Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb.
Dövlət, bank, poçt və rabitə xidmətlərinin əhatəsi də genişləndirilir. Laçın, Zəngilan, Füzuli və Ağdamda yaradılan inzibati mərkəzlər əhaliyə sosial təminat, məşğulluq və digər xidmətlərin vahid məkanda göstərilməsinə imkan verir.
Dövlət başçısı vurğulayıb ki, bərpa işləri tarixi-mədəni və dini abidələrin yenidən qurulmasını, turizm infrastrukturunun inkişafını və regionun ekoloji problemlərinin aradan qaldırılmasını da əhatə edir.
Müraciətdə qeyd olunub ki, işğal dövründə 54,3 min hektar meşə sahəsi məhv edilib, torpaq və su ehtiyatları çirkləndirilib. İndiyədək 600 hektar meşə fondu bərpa olunub.

Odlar.media

Etiketlər: