XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:02:12 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Soyuq hava gözlərə necə təsir edir? – Əsas əlamətlər və qorunma yolları

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, soyuq və küləkli hava gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq yarada bilər. Bəzi insanlar isə gözlərində soyuqluq və ya sərin hava axını hiss etdiklərini bildirirlər.
Mütəxəssislərə görə, külək və aşağı rütubət göz yaşının daha sürətlə buxarlanmasına səbəb olur. Bu isə göz səthində quruluq və qıcıqlanma yaradır. Gözlər quruduqda belə sulana bilər. Bu, qıcıqlanmaya qarşı yaranan müdafiə reaksiyasıdır.
Gözlərdə soyuqluq hissi də əksər hallarda göz səthinin quruması və sinir uclarının qıcıqlanması ilə əlaqəli ola bilər.
Küləkli havalarda qoruyucu eynək taxmaq, gözləri birbaşa hava axınından qorumaq və qapalı məkanlarda havanın həddindən artıq qurumasına imkan verməmək tövsiyə olunur. Göz quruluğu zamanı uyğun süni göz yaşı preparatlarından istifadə etmək üçün mütəxəssislə məsləhətləşmək faydalıdır.
Əlamətlər uzun müddət davam edərsə və ya ağrı, güclü qızartı, işığa həssaslıq və görmə dəyişikliyi ilə müşayiət olunarsa, oftalmoloqa müraciət etmək vacibdir. Qəfil görmə zəifləməsi və güclü göz ağrısı zamanı isə təcili tibbi yardım alınmalıdır.

Odlar.media

Etiketlər: