Odlar.media xəbər verir ki, İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı razılaşma boğazın dərhal açılması demək deyil.
“Publika.az”ın məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi “SNN” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Maskatla əldə olunan razılaşma əvvəlki prosedurları əvəz edən hüquqi və texniki tədbirləri nəzərdə tutur. Tərəflər sənədi Beynəlxalq Dəniz Təşkilatında qeydiyyata almağa çalışırlar.
Qəribabadi qeyd edib ki, Hörmüz boğazının açılması ABŞ-ın öhdəliklərini yerinə yetirməsindən asılıdır. O bildirib ki, Vaşinqton münaqişənin hərbi yolla həllinin mümkün olmadığını anlayanadək Tehran boğaz üzərində nəzarətini davam etdirəcək.
“İran hazırkı mərhələdə Hörmüz boğazını yenidən açmağa borclu deyil”, – deyə nazir müavini vurğulayıb.
Odlar.media