Mətn:
Odlar.media xəbər verir ki, Yaponiyanın Dəniz Təhlükəsizliyi İdarəsi Şimali Koreyanın iki ballistik raket buraxdığını ehtimal edir.
Qurumun məlumatına görə, birinci raketin buraxılmasından iki dəqiqə sonra onun dənizə düşdüyü bildirilib. İkinci raketin düşməsi barədə məlumat isə ehtimal edilən buraxılışdan səkkiz dəqiqə sonra yayılıb.
NHK telekanalının məlumatına əsasən, birinci raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.
Odlar.media