Mətn:
Odlar.media xəbər verir ki, oktyabrın 10-u saat 10:00-a olan məlumata görə, ölkənin bəzi ərazilərində arabir yağış və qar yağıb, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub.
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb.
Ən çox yağıntı Neft Daşlarında qeydə alınıb — 26 mm. Göygöldə 16 mm, İmişli və Şəkinin Kişçay ərazisində 10 mm yağıntı düşüb.
Bundan başqa, oktyabrın 10-da saat 08:15–08:27 radələrində Yardımlı rayonunda güclü leysanla müşayiət olunan, diametri 18–20 mm olan dolu yağıb.
Məlumat Milli Hidrometeorologiya Xidmətinə istinadən verilir.
Odlar.media