Mətn:
Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiqlənməsi barədə sərəncam imzalayıb.
Komissiyaya Azərbaycanın xarici işlər nazirinin müavini rəhbərlik edəcək. Tərkibə Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, digər dövlət qurumlarının nümayəndələri və sərhədyanı rayonların icra hakimiyyəti başçıları daxil edilib.
Komissiyanın üzvləri arasında Ağstafa, Balakən, Qax, Qazax, Samux, Tovuz və Zaqatala rayonlarının icra hakimiyyəti başçıları da yer alıb.
Odlar.media