Mətn:
Odlar.media xəbər verir ki, Şəki rayonunun Çələbixan qəsəbəsində minik avtomobilində yanğın baş verib.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində 1967-ci il təvəllüdlü Cəsarət Ağalarova məxsus “QAZ-24” markalı avtomobilin salonu tamamilə yanıb.
Hadisə zamanı bir nəfər qol və ayaq nahiyəsindən xəsarət alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Odlar.media