Mətn:
Odlar.media xəbər verir ki, ölkənin dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formalarının tətbiqi ilə bağlı monitorinqlər keçiriləcək.
Monitorinqlər zamanı şagirdlərin məktəbli forması tələblərinə, müəllimlərin isə işgüzar mühitə uyğun geyim qaydalarına əməl etməsi yoxlanılacaq.
Qaydaların icrasına məktəb rəhbərliyi nəzarət edir. Geyim forması ilə bağlı məsələlər pedaqoji şuralarda müzakirə olunur. Şagirdlərin dərsə müəyyən edilmiş məktəbli formasında gəlməsini təmin etmək isə valideynlərin məsuliyyətidir.
Monitorinqlərin məqsədi məktəblərdə intizamlı, səliqəli və bərabər təhsil mühitini formalaşdırmaqdır.
Odlar.media