Mətn:
Odlar.media xəbər verir ki, ABŞ-nin İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları Nyu-Yorkun Bronks rayonunda axtarışda olan şəxsi saxlamağa çalışarkən atəş açıblar. Hadisə nəticəsində həmin şəxs və iki ICE əməkdaşı yaralanıb.
“Report”un CNN-ə istinadən məlumatına görə, hadisə yerli vaxtla saat 16:00-dan sonra baş verib. Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Onun huşunun özündə olduğu və həyatının təhlükədə olmadığı bildirilir. Yaralanan iki ICE əməkdaşı da xəstəxanaya aparılıb.
Nyu-York polisi Bronksda atışma baş verdiyini təsdiqləsə də, immiqrasiya əməkdaşlarının hadisədə iştirakını dəqiqləşdirməyib.
Odlar.media