XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:03:41 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Deputat Elnarə Akimova: “Azərbaycan və Mərkəzi Asiya arasında strateji əməkdaşlıq genişlənir”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Türkmənbaşıda keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşünün əhəmiyyətini dəyərləndirib.
Elnarə Akimovanın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Əməkdaşlıq siyasi dialoqla yanaşı, iqtisadiyyat, nəqliyyat, energetika, rəqəmsal bağlantılar və humanitar sahələri də əhatə edir.
Deputat qeyd edib ki, Azərbaycanın ötən il Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin regiondakı rolunu və tərəfdaş dövlətlərin Azərbaycana etimadını nümayiş etdirir. Region ölkələri ilə ticarət dövriyyəsinin artması və Azərbaycanda Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə fəaliyyət göstərən şirkətlərin sayı iqtisadi əlaqələrin genişləndiyini göstərən amillərdəndir.
Akimova Orta Dəhlizin inkişafını, Xəzər üzərindən nəqliyyat əlaqələrinin gücləndirilməsini, fiber-optik xətlərin çəkilməsini və enerji layihələrini regional əməkdaşlığın əsas istiqamətləri kimi dəyərləndirib. Onun fikrincə, birgə investisiyalar və istehsal layihələri tərəfdaşlığın iqtisadi imkanlarını daha da artıra bilər.
Deputat işğaldan azad edilmiş ərazilərin bərpasında Mərkəzi Asiya ölkələrinin iştirakının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Özbəkistanın Füzulidə, Qazaxıstanın və Qırğızıstanın isə müxtəlif layihələrlə Qarabağda həyata keçirdiyi təşəbbüslər, eləcə də Türkmənistanın Füzulidə məscid tikintisinə dəstəyi xalqlar arasında tarixi və mədəni bağların ifadəsi kimi qiymətləndirilib.
Elnarə Akimovanın fikrincə, regional əməkdaşlığın davamlı inkişafı üçün sülh, sabitlik və qarşılıqlı etimad mühüm şərtlərdir. Türkmənbaşı görüşündə qəbul edilən sənədlər də Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir.

Odlar.media

Etiketlər: