XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Giləmeyvələr bağırsaq iltihabını azalda bilər – Araşdırma

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, italiyalı alimlərin araşdırmasına əsasən, qaragilə, mərcanı və digər giləmeyvələr bağırsaq iltihabının azalmasına və bəzi xroniki xəstəliklərin gedişinin yüngülləşməsinə kömək edə bilər.
“Nutrients” jurnalında dərc olunan tədqiqatda 19 elmi iş təhlil edilib. Araşdırmalarda qaragilə, mərcanı, qoji və digər giləmeyvələrin xoralı kolit və Kron xəstəliyinə təsiri öyrənilib.
Nəticələrə görə, giləmeyvələrin tərkibindəki polifenollar və antosianlar iltihabi prosesləri zəiflədə, bağırsağın qoruyucu baryerini gücləndirə və faydalı bakteriyaların balansını dəstəkləyə bilər.
İnsanlar üzərində aparılan bəzi tədqiqatlarda xoralı kolit xəstələrində xəstəliyin aktivliyinin və iltihab göstəricisi olan kalprotektinin səviyyəsinin azalması, eləcə də həyat keyfiyyətinin yaxşılaşması müşahidə edilib.
Alimlər müsbət təsirləri giləmeyvələrin antioksidantlarla zəngin olması ilə əlaqələndirirlər. Bununla belə, nəticələrin təsdiqlənməsi üçün daha genişmiqyaslı klinik araşdırmalara ehtiyac var.

Odlar.media

Etiketlər: