Odlar.media xəbər verir ki, təxminən 100 min qadının iştirak etdiyi araşdırmada bəzi qida əlavələrinin, xüsusilə E-rəqəmləri ilə işarələnən emulqatorların yüksək istehlakının ürək-damar xəstəlikləri riski ilə əlaqəli olduğu müəyyən edilib.
Medicina.az-ın Axar.az-a istinadən yaydığı məlumata görə, alimlər yeddi il ərzində iştirakçıları müşahidə ediblər. Nəticələr sellüloza (E460), karboksimetilsellüloza (E466), E460–E468 qrupuna daxil olan bəzi əlavələr, eləcə də E471, E472 və E339-un yüksək istehlakının ürək-damar xəstəlikləri, xüsusilə koronar ürək xəstəliyi riski ilə əlaqəli ola biləcəyini göstərib.
Bu maddələr çörək, tort, dondurma, desertlər, marqarin və hazır yeməklər kimi müxtəlif emal olunmuş məhsullarda istifadə edilir.
Tədqiqatçılar bəzi emulqatorların bağırsaq mikrobiotasına və iltihabi proseslərə təsir göstərə biləcəyini qeyd edirlər. Bununla belə, araşdırma bu əlavələrin birbaşa xəstəlik yaratdığını sübut etmir.
Odlar.media