Mətn:
Odlar.media xəbər verir ki, ABŞ Müharibə Nazirliyi “Raytheon” şirkəti ilə “SM-3 Block IB” raket əleyhinə sistemlərinin istehsalı üçün 6,3 milyard dollarlıq müqavilə bağlayıb.
Beşillik müqavilənin müddəti daha iki il uzadıla bilər. SM-3 raketləri qısa və orta mənzilli ballistik raketləri məhv etmək üçün nəzərdə tutulub.
Müqavilənin ABŞ-ın raket ehtiyatlarını artırmağa və istehsalın davamlılığını təmin etməyə xidmət etdiyi bildirilir. Daha əvvəl Pentaqon İranla müharibə fonunda sursat çatışmazlığı yarandığını açıqlamışdı.
Odlar.media