Mətn:
Odlar.media xəbər verir ki, yol hərəkəti qaydaları ilə bağlı təqdim olunan sualın düzgün cavabı açıqlanıb.
Sual belə olub: Yaşayış məntəqəsində körpünün üzərində hansı avtomobil dayanma-durma qaydasını pozur?
Doğru cavab: 2) Ancaq qırmızı avtomobil.
“Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinə əsasən, hərəkət istiqamətində üçdən az zolaq olan körpülərdə dayanmaq qadağandır.
Təqdim olunan görüntüdə ağ avtomobilin hərəkət istiqamətində 3 zolaq olduğundan onun körpünün üzərində dayanması qaydalara uyğundur. Qırmızı avtomobilin hərəkət istiqamətində isə 2 zolaq olduğu üçün onun körpüdə dayanması qadağandır.
Məlumata görə, sualı cavablandıranlar arasında düzgün cavab verən olmayıb.
Odlar.media