Mətn:
Odlar.media xəbər verir ki, Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, bununla əlaqədar 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilib.
Təmir işləri başa çatanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsi olacaq. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin ediləcək.
Odlar.media