Mətn:
Odlar.media xəbər verir ki, təmir və yenidənqurma işləri ilə əlaqədar oktyabrın 9-da Bakının Xətai və Binəqədi rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, Xətai rayonunda saat 10:00-dan 15:00-dək Gəncə prospektinin bir hissəsində və 191 saylı məktəbin ətrafında, Binəqədidə isə saat 11:00-dan 16:00-dək 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
İşlər elektrik təchizatının keyfiyyətinin artırılması və dayanıqlılığının təmin edilməsi məqsədilə aparılır.
Odlar.media