Mətn:
Odlar.media xəbər verir ki, İsrail oktyabrın 8-də Britaniyanın Şərqi Qüdsdəki konsulluğunun fəaliyyətinə xitam verəcək.
Məlumata görə, missiya diplomatik statusunu itirəcək. Konsulluqda çalışan təxminən 30 britaniyalı diplomat isə fəaliyyətlərini Böyük Britaniyanın Təl-Əvivdəki səfirliyində davam etdirə biləcəklər. Diplomatlar və onların ailə üzvlərinin İsraildən çıxarılması nəzərdə tutulmur.
Qeyd edək ki, Britaniyanın xarici işlər naziri Ed Milibend sentyabrın 8-də Londonun İordan çayının qərb sahilindəki yaşayış məntəqələrindən malların idxalına qadağa qoyduğunu açıqlamışdı.
Bundan sonra İsrail tərəfi Şərqi Qüdsdəki Britaniya konsulluğunun 30 gün ərzində bağlanacağını bildirmişdi.
Odlar.media