Odlar.media xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Mundialın beşinci günündə Azərbaycanın 4 cüdoçusu tatamiyə çıxacaq. Görüşlər saat 10:30-da başlayacaq.
Kişilər, 90 kq:
Məmmədəli Fətiyev – ilk mərhələdən azaddır;
Elcan Hacıyev – 1/32 finalda ABŞ təmsilçisi Aleksandr Knaufla qarşılaşacaq;
Süleyman Şükürov – 1/32 finalda norveçli Kornelius Eylertsenlə üz-üzə gələcək.
Qadınlar, 70 kq:
Südabə Ağayeva – 1/32 finalda ispaniyalı Ai Tsunoda-Rustandla mübarizə aparacaq.
Hazırda Azərbaycan millisinin aktivində 4 medal var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskaev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.
Dünya çempionatının görüşləri Bakıdakı Milli Gimnastika Arenasında keçirilir.
Odlar.media