Mətn:
Odlar.media xəbər verir ki, Hindistanda göyərtəsində 110 nəfərin olduğu “IndiGo” aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.
Hadisə təyyarə Laknau hava limanına yaxınlaşarkən baş verib. İldırım nəticəsində hava gəmisinin hava radarını qoruyan burun konusuna ziyan dəyib.
Buna baxmayaraq, pilotlar təyyarəni təhlükəsiz şəkildə hava limanına endirə biliblər. Təyyarə planlaşdırılandan 8 dəqiqə əvvəl eniş edib.
Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alanlarla bağlı məlumat verilməyib.
Odlar.media