Mətn:
Odlar.media xəbər verir ki, Xalq artisti və tanınmış diktor Ofeliya Sənani Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında əməliyyat olunub.
Bu barədə onun qızı Lalə Sənan məlumat verib. O bildirib ki, hazırda Xalq artistinin səhhəti normaldır.
Qeyd edək ki, Ofeliya Sənani oktyabrın 5-də Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həmin gün saat 21 radələrində ailəsinin yazılı iltizamı əsasında digər tibb müəssisəsinə təxliyə olunub.
Odlar.media