XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:53 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiyada dəhşətli yanğın: ana və 4 uşağı öldü

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Rusiyanın Komsomolsk-na-Amure şəhərində yaşayış binasında baş verən yanğın faciə ilə nəticələnib.
Oktyabrın 8-də səhər saatlarında Qamarnik küçəsində yerləşən binanın 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verib. Hadisə zamanı mənzildə olan qadın və onun 4 uşağının meyiti aşkarlanıb.
Daha iki azyaşlı uşağı isə qonşu İqor Valşteyn xilas edib. Onun sözlərinə görə, həyat yoldaşı uşaqların qışqırıq səslərini eşidərək onu oyadıb.
Xilas edilən qızlardan biri orta ağır, digəri isə qənaətbəxş vəziyyətdədir. Onlar hazırda həkimlərin nəzarətindədir.
Faktla bağlı iki və daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.
Xabarovsk diyarının qubernatoru Dmitri Demeşin uşaqları xilas edən İqor Valşteynin mükafatlandırılacağını açıqlayıb.

Odlar.media

Etiketlər: