Mətn:
Odlar.media xəbər verir ki, Ermənistan parlamentinin sədri Ruben Rubinyan Azərbaycanın itkin düşən hərbçisi barədə Ermənistan tərəfini məlumatlandırdığını bildirib.
Rubinyanın sözlərinə görə, Azərbaycan hərbçinin itkin düşdüyünü və Ermənistan ərazisinə keçə biləcəyini müəyyən etdikdən sonra bu barədə İrəvana məlumat verib.
O, Şaki kəndində baş verdiyi bildirilən hadisəni cinayət adlandırıb və hərbçinin həbs edilərək ona ittiham irəli sürüldüyünü qeyd edib.
Rubinyan Azərbaycan tərəfinin məlumat verməsini müsbət qiymətləndirərək bunun sülh şəraitində mümkün olduğunu bildirib.
Odlar.media