Mətn:
Odlar.media xəbər verir ki, Litva ABŞ hərbi bazasının ölkə ərazisində daimi yerləşdirilməsinə hazırdır.
Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, ölkə ABŞ hərbçilərinin qalması ilə bağlı xərcləri kompensasiya edir, müttəfiqlərin yerləşdirilməsi üçün infrastruktur yaradır və hərbi təlimlər üçün əlverişli şərait təmin edir.
Nazir ABŞ Prezidenti Donald Trampın Litvada hərbi baza yaradılması ilə bağlı təklifini də müsbət qiymətləndirib.
Odlar.media