Mətn:
Odlar.media xəbər verir ki, Böyük Britaniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və data infrastrukturu sahələrində əməkdaşlığın genişləndirilməsində böyük potensial görür.
Bunu Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın rəqəmsallaşma və süni intellekt üzrə hədəfləri Böyük Britaniyanın təcrübəsi ilə birləşdirilə bilər. Əməkdaşlığın şirkətlərlə yanaşı, təhsil müəssisələri arasında da inkişaf etdirilməsi nəzərdə tutulur.
Nazir Warwick Universitetinin bu istiqamətdə tədqiqat və kadr hazırlığına töhfə verə biləcəyini qeyd edib.
Odlar.media