Mətn:
Odlar.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən təxminən 8,5 milyon sərnişin daşınıb.
ADY-nin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
Hesabat dövründə Abşeron dairəvi dəmir yolu ilə 8 milyon sərnişin daşınıb. Bu istiqamətdə artım 18 faiz təşkil edib. Rayonlararası marşrutlardan isə 433 min sərnişin istifadə edib ki, bu da illik müqayisədə 17 faiz artım deməkdir.
Bundan əlavə, cari ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Bakı marşrutu üzrə 75 min 500-dən çox sərnişin səfər edib.
Qeyd olunub ki, yalnız sentyabr ayında ümumi sərnişindaşımada 24 faizlik artım qeydə alınıb.
Odlar.media