XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:32 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İstanbulda məktəbdə bıçaqlı hücum: 5 şagird yaralanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, İstanbulun Başakşehir rayonunda yerləşən Şeyx Şamil adına orta məktəbdə şagird qız həmyaşıdlarına bıçaqla hücum edib.
Türkiyə mediasının yaydığı məlumata görə, hadisə yerli vaxtla saat 08:40 radələrində məktəbdə şagirdlər arasında yaranan mübahisədən sonra baş verib.
İstanbul Valiliyinin açıqlamasına əsasən, ilkin məlumata görə, hadisə nəticəsində 5 şagird yaralanıb. Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisə yerinə təcili yardım və digər operativ xidmətlərin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində məktəbdəki bütün şagirdlər təxliyə edilib.
Hücumu törətdiyi bildirilən şagird saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.
Hazırda hadisənin təfərrüatları və yaralanan şagirdlərin vəziyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Odlar.media

Etiketlər: