Mətn:
Odlar.media xəbər verir ki, Bakının Nizami rayonunda məktəblinin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Hadisə rayon ərazisində yerləşən məktəblərdən birinin yaxınlığında qeydə alınıb.
Məlumata görə, 9-cu sinifdə təhsil alan yeniyetmə sinif yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə məktəbli aldığı xəsarətlərdən həyatını itirib.
Cinayəti törətməkdə şübhəli bilinən 2012-ci il təvəllüdlü yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.
Odlar.media