XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycan və Özbəkistan sosial müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan və Özbəkistan sosial müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
Odlar.media xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Olloyerov arasında videokonfrans formatında görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, eləcə də strateji tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən 2023-cü ilin avqustunda imzalanmış “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” iki ölkə arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüşdə 2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, həmçinin onun icrası çərçivəsində 2025-2027-ci illər üzrə imzalanmış Tədbirlər Planının əhəmiyyəti qeyd olunub.
Tərəflər dövlət sosial xidmətlərinin təşkili və rəqəmsallaşdırılması, eləcə də əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində həyata keçirilən təcrübə mübadilələrini müzakirə ediblər.
Görüş zamanı həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin təşkilatçılığı ilə oktyabrın 23-də Xankəndidə keçiriləcək “SocGov 2026: Ağıllı İdarəetmə üçün Rəqəmsal Analitika” beynəlxalq forumu barədə məlumat verilib.
Qeyd olunub ki, beynəlxalq forum sosial xidmətlərin rəqəmsallaşdırılması və süni intellektin sosial sektorda tətbiqi istiqamətində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli platforma olacaq.
Görüşün sonunda Azərbaycan və Özbəkistan arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Odlar.media

Etiketlər: