Odlar.media xəbər verir ki, Moldova hökuməti Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların texniki hazırlıqlarını 2028-ci ilin əvvəlinə qədər başa çatdırmağı planlaşdırır. Ölkə 2030-cu ildə Aİ-yə üzvlüyə hazır olmağı hədəfləyir.
Moldovanın Baş naziri Vasile Tofan bu barədə oktyabrın 5-də Brüsseldə keçirilən Moldova-Aİ Assosiasiya Şurasının iclasından sonra danışıb.
Baş nazirin sözlərinə görə, Moldova 2030-cu ildə Aİ-yə qoşulmağı, üzvlük danışıqları ilə bağlı hazırlıqları isə 2028-ci ilin əvvəlinə qədər tamamlamağı qarşıya məqsəd qoyub.
Tofan bildirib ki, bu ilin yayında Moldova üçün 1-ci və 6-cı danışıqlar klasterləri açılıb.
“Biz ilin sonuna qədər qalan klasterləri açmaq və aralıq meyarlara vaxtında cavab vermək üçün çalışırıq”, – deyə Baş nazir vurğulayıb.
Odlar.media