XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:32:08 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Şeremetdən Ukraynanın gələcəyi ilə bağlı iddia: “Neytral status konstitusiyada təsbit edilməlidir”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Odlar.media xəbər verir ki, Rusiya Dövlət Dumasının Krımdan seçilmiş deputatı Mixal Şeremet Ukraynanın gələcəyi ilə bağlı açıqlama verib.

Şeremetin sözlərinə görə, Ukraynanın dövlət kimi mövcudluğunu və suverenliyini qorumasının şərtlərindən biri neytral statusa malik olmasıdır. O, Ukraynanın hərbi bloklara qoşulmamasının və NATO-ya üzvlükdən imtina etməsinin ölkə Konstitusiyasında təsbit edilməli olduğunu bildirib.

“Ukrayna Rusiyanın ərazisi və vətəndaşları üçün təhlükə yaratmamalıdır”, – deyə Rusiya deputatı iddia edib.

Şeremetin bu açıqlaması Moskvanın Ukraynanın gələcək təhlükəsizlik statusu ilə bağlı mövqeyini əks etdirir. Bununla yanaşı, NATO hazırda Ukraynanın öz təhlükəsizlik mexanizmlərini sərbəst seçmək hüququnu dəstəklədiyini bildirir. Alyansın rəsmi mövqeyinə görə, Ukraynanın gələcəyinin NATO ilə inteqrasiya istiqamətində olduğu qeyd olunur.

Qeyd edək ki, Şeremet daha əvvəl də Ukraynanın neytral statusunun vacibliyi barədə oxşar fikirlər səsləndirib. Rusiya Prezidenti Vladimir Putin də Moskvanın Ukraynanın neytral statusunun qorunmasını istədiyini bildirib.

Odlar.media

Etiketlər: