Odlar.media xəbər verir ki, Milli Məclisin deputatlarından ibarət nümayəndə heyəti ATƏT Parlament Assambleyasının 24-cü payız sessiyasında iştirak etmək üçün oktyabrın 6-da Andorra Knyazlığının Andorra la Vella şəhərinə səfər edəcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Nümayəndə heyətinə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, həmçinin deputatlar Pərvin Kərimzadə və Azay Quliyev daxildir.
Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin enerji suverenliyinin gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və hibrid təhdidlərdən müdafiə kimi aktual məsələlərlə bağlı müzakirələrdə iştirakı nəzərdə tutulur.
Deputatların səfəri oktyabrın 10-da başa çatacaq.
Odlar.media