XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:52:26 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Özəl məhkəmə ekspertləri üçün yeni intizam qaydaları müəyyənləşdirilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, özəl məhkəmə ekspertlərinin fəaliyyətində yol verilən intizam pozuntularına görə yeni məsuliyyət mexanizminin tətbiqi təklif olunur.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərini və icra intizamını pozduqda onun barəsində intizam tənbehi tətbiq edilə biləcək.
Özəl məhkəmə eksperti barəsində intizam icraatının İntizam Komissiyası tərəfindən aparılması nəzərdə tutulur. İntizam tənbehi isə Komissiyanın rəyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq ediləcək.
İntizam Komissiyasının tərkibi, onun formalaşdırılması qaydası və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək.
Özəl məhkəmə eksperti barəsində intizam icraatına müvafiq icra hakimiyyəti orqanının və ya Özəl Məhkəmə Ekspertlərinin Palatasının təqdimatı əsasında başlanılacaq.
Layihəyə əsasən, intizam pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq özəl məhkəmə ekspertinə aşağıdakı tənbehlərdən biri tətbiq edilə bilər:
töhmət;
1 000 manatdan 2 000 manatadək cərimə;
özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.
Cərimə şəklində tətbiq edilən məbləğlərin Özəl Məhkəmə Ekspertlərinin Palatasının bank hesabına köçürülməsi nəzərdə tutulur.
İntizam tənbehi pozuntunun aşkar edildiyi gündən bir il, törədildiyi gündən isə iki il keçənədək tətbiq edilə bilər. Qanun layihəsində müəyyən halların, o cümlədən məzuniyyət, ezamiyyət, müvəqqəti əmək qabiliyyətsizlik, həmçinin yoxlama və ya cinayət işi üzrə istintaq müddətinin bu hesablamaya daxil edilməməsi təklif olunur.
Töhmətin intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olması nəzərdə tutulur. İntizam tənbehi barədə qərar rəsmiləşdiriləcək və üç iş günü ərzində özəl məhkəmə ekspertinə elan edilərək əmrin surəti ona təqdim olunacaq.
Özəl məhkəmə eksperti verilmiş əmrdən inzibati qaydada və məhkəməyə şikayət verə biləcək. Həmçinin intizam tənbehi tətbiq edilmədən əvvəl ekspertə yazılı və ya şifahi xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi hesab olunmayacaq.
Bundan başqa, reyestrə daxil edilməyən şəxslərin özlərinə münasibətdə “məhkəmə eksperti” ifadəsindən, eləcə də təşkilatların adında “məhkəmə ekspertizası” sözlərindən istifadə etməsi qadağan ediləcək. Bu tələbin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olacaq.

Odlar.media

Etiketlər: