Mətn:
Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev Jalə Fazil qızı Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Jalə Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeninə layiq görülüb.
Qeyd edək ki, Jalə Əliyeva 1966-cı il oktyabrın 5-də Bakıda anadan olub. Bu gün onun 60 yaşı tamam olur.
Odlar.media