XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:41 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Pensiyaların indeksləşdirilməsində yeni yanaşma: məbləğlər fərqli arta bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsinin diferensial qaydada həyata keçirilməsi gözlənilir.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında gələn il minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu dəyişiklik təxminən 1,1 milyon vətəndaşı əhatə edə bilər.
V.Bayramov bildirib ki, müzakirə olunan yeni yanaşmaya əsasən, pensiyaların indeksləşdirilməsi diferensial şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, pensiya sistemində sosial ödənişlərə əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur.
Hazırkı qaydalara əsasən, əmək pensiyaları əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun indeksləşdirilir. Yeni yanaşmada isə bu meyar saxlanılmaqla yanaşı, diferensial tətbiqin həyata keçirilməsi gözlənilir.
Deputat qeyd edib ki, pensiya və digər sosial ödənişlər üzrə artımlar gələn ilin əvvəlində yeni sosial paketin reallaşdırılması çərçivəsində həyata keçirilə bilər.
V.Bayramov minimum əməkhaqqının artırılması məsələsinə də toxunaraq bildirib ki, Azərbaycanda minimum əməkhaqqının artımının mütəmadi xarakter alması gözlənilir. Onun sözlərinə görə, 2027-ci ilin fevralına qədər minimum əməkhaqqının artırılması ilə bağlı gözlənti mövcuddur.
Deputatın sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsait ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu isə 18,5 milyard manatdan çox vəsaitin sosial istiqamətlərə yönəldilməsi deməkdir.

Odlar.media

Etiketlər: