Amerika ABŞ Misirə 320 milyon dollarlıq hərbi yardımla bağlı şərtləri aradan qaldırıb 02 Oktyabr 2026 • 14:01 • Odlar MEDİA • 👁 41 baxış Mətn: A− A A+ Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt Bağlantını kopyala Başlığı kopyala Çap et Odlar.media xəbər verir ki, ABŞ Dövlət Departamenti Misirə 320 milyon dollar məbləğində hərbi yardımın ayrılması üçün əvvəl irəli sürülmüş insan haqları və demokratik islahatlarla bağlı tələbləri aradan qaldırıb. “Reuters”in Dövlət Departamentinin sənədlərinə istinadən yaydığı məlumata görə, söhbət 2025-ci maliyyə ili büdcəsində nəzərdə tutulan vəsaitdən gedir. Vaşinqton bu qərarı Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ-ın milli təhlükəsizlik maraqları ilə əsaslandırıb. Əvvəllər Qahirənin sözügedən vəsaiti əldə etməsi üçün insan haqları və demokratik proseslərlə bağlı bir sıra şərtlər müəyyən edilmişdi. Yeni qərara əsasən, ABŞ həmin tələblərdən imtina edib və onların əvəzinə əlavə şərtlər irəli sürməyib. ABŞ Dövlət Departamenti Misirin güclü və sabit qalmasının Vaşinqton üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Qahirə Yaxın Şərqdə, o cümlədən Qəzza ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış edir. Qeyd edək ki, Misir ABŞ-dan hər il təxminən 1,3 milyard dollar hərbi yardım alır. Bu yardım 1979-cu ildə İsraillə sülh müqaviləsinin imzalanmasından sonra formalaşan ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilir. Odlar.mediaREKLAMPR məqalənizi Odlar MEDİA-da yerləşdirinƏTRAFLI BAX →