XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:03:41 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqlayıb. Prezident bu barədə çıxışı zamanı danışıb.
“Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”, – deyə dövlət başçısı bildirib.
İlham Əliyev bu istiqamətdə siyasətin mütəmadi həyata keçirildiyini qeyd edib:
“Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”.
Qeyd edək ki, 2026-cı ildə minimum əməkhaqqının məbləğinə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit edilib.
Hazırda 2026-cı il üçün əmək pensiyalarının indeksləşdirilməsi də həyata keçirilib. Prezidentin fevralın 9-da imzaladığı sərəncama əsasən, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2025-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilib.

Odlar.media

Etiketlər: