XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:52:26 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ABŞ Energetika Nazirliyinin əməkdaşı husilərə dəstək ittihamı ilə həbs edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Energetika Nazirliyinin 51 yaşlı mühəndisini husilərə dəstək verməkdə şübhəli bilərək həbs edib.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Eşton Həmid Əlləbudi dronların hazırlanması üçün komponentlər və partlayıcı maddələrin istehsalında istifadə olunan materiallar əldə edib. İstintaqın versiyasına əsasən, o, daha sonra Yəmənə gedərək husilərə rabitə məsələləri ilə bağlı məsləhətlər verib.
Əlləbudi xarici terror təşkilatına maddi dəstək göstərməkdə ittiham olunur.
ABŞ Ədliyyə Nazirliyi qeyd edib ki, iş üzrə araşdırma davam edir və irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilməlidir.

Odlar.media

Etiketlər: