XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Gəncədə məktəbin bufetindən qida aldıqdan sonra 6 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Gəncə şəhərində Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə şagirdlərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır.
Hadisə oktyabrın 1-də, saat 12:30 radələrində baş verib. İlkin məlumata görə, məktəbin 4-cü sinif şagirdlərindən bir neçəsi dərs zamanı özlərini pis hiss edib. Şagirdlərin məktəbin bufetindən konfet alaraq istehlak etdikləri və bundan sonra səhhətlərində narahatlıq yarandığı bildirilir.
TƏBİB-in məlumatına əsasən, hadisə ilə əlaqədar ümumilikdə 6 nəfər qadın cinsli şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən hadisə ilə bağlı araşdırmaya başlanılıb. Şagirdlərin qida məhsullarını aldığı məktəb bufetində yoxlama aparılıb və bufetin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Yoxlama zamanı bufetdə satışda olan qida məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Hazırda araşdırmalar davam etdirilir. Hadisənin dəqiq səbəbləri laborator nəticələr və araşdırmanın yekunlarına əsasən müəyyənləşdiriləcək.

Odlar.media

Etiketlər: