Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda bəzi ağcaqanad növlərinin populyasiyasının 2028-ci ilədək 90 faiz azaldılması ilə bağlı sərəncam imzalayıb.
Sənədə əsasən, ABŞ-ın daxili işlər, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələri üzrə aidiyyəti qurumların rəhbərləri sərəncamın imzalanmasından sonra 60 gün ərzində paytaxt üçün xüsusi strategiya hazırlamalı və onun icrasını təmin etməlidirlər.
Strategiyanın əsas məqsədlərindən biri Asiya pələng ağcaqanadı, sarı qızdırma ağcaqanadı və digər invaziv növlərin sayının 2028-ci ilə qədər 90 faiz azaldılmasıdır.
Sərəncamda, həmçinin Vaşinqtonda gənələrin sayının 50 faiz azaldılması nəzərdə tutulur.
Proqram çərçivəsində kimyəvi vasitələrlə yanaşı, biotexnologiyalar və digər qeyri-kimyəvi mübarizə üsullarından da istifadə ediləcəyi bildirilir.
Odlar.media