XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:52:27 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Prezident İlham Əliyev Si Cinpinə təbrik məktubu göndərib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.
Məktubda dövlət başçısı 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Si Cinpini və onun simasında Çin xalqını Azərbaycan xalqı və öz adından səmimi-qəlbdən təbrik edib.
Prezident İlham Əliyev Çinin son illərdə milli rifah, sosial-iqtisadi və elmi-texniki tərəqqi, innovativ inkişaf və digər sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Çinin qlobal miqyasda mühüm və nüfuzlu güc mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.
Məktubda Azərbaycan-Çin münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verildiyi qeyd olunub. Dövlət başçısı ölkələr arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşmanın mövcud olduğunu, Azərbaycanın və Çinin bir-birinin suverenliyi və ərazi bütövlüyünə davamlı dəstək göstərdiyini bildirib.
İlham Əliyev Azərbaycan-Çin əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini iki ölkənin birgə səylərinin mühüm nəticəsi kimi dəyərləndirib.
Təbrik məktubunda iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi diqqətə çatdırılıb. Həmçinin ölkələr arasında vizasız gediş-gəliş rejiminin insanlararası təmaslara və turizmin inkişafına müsbət təsir göstərdiyi vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycanın dəstəklədiyi “Kəmər və yol” təşəbbüsünün, o cümlədən Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə birgə həyata keçirilən bağlantı layihələrinin qlobal əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.
Məktubda enerji sahəsində Azərbaycan-Çin əməkdaşlığının da yeni mərhələyə qədəm qoyduğu bildirilib. Çinin “Universal Energy” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində fəaliyyətinin təqdirəlayiq olduğu vurğulanıb və şirkətin inşa etdiyi “Qobustan” Günəş Elektrik Stansiyasının açılışı iki ölkə arasında iqtisadi əlaqələrin şaxələndirilməsinin nümunəsi kimi göstərilib.
İlham Əliyev əminliyini ifadə edib ki, Azərbaycan-Çin dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlığı bundan sonra da inkişaf edərək daha da möhkəmlənəcək.
Dövlət başçısı Si Cinpinə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar, Çin xalqına isə əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.

Odlar.media

Etiketlər: