XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:55 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

KOB, investisiya və ixracın təşviqi üzrə yeni Agentlik fəaliyyətə başlayır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Odlar.media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi və strukturu bu gündən qüvvəyə minib.

Bu, Prezident İlham Əliyevin avqustun 20-də imzaladığı fərmanda nəzərdə tutulub.

Əsasnaməyə əsasən, Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoruna investisiyaların cəlb edilməsi və ixracın təşviqi istiqamətlərində fəaliyyət göstərəcək.

Qurum sahibkarların, investorların və ixracatçıların hüquq və qanuni mənafelərinin müdafiəsi ilə bağlı tədbirlər həyata keçirəcək, həmçinin onlara dövlət xidmətlərinin vahid məkanda göstərilməsini təşkil edəcək.

Agentliyin əsas vəzifələri sırasında sahibkarların və startapların kredit, investisiya, qrant və digər maliyyə resurslarına çıxışının asanlaşdırılması ilə bağlı təkliflərin hazırlanması da yer alır.

Bununla yanaşı, Agentlik xarici investorların yerli bazara daxil olması və fəaliyyətlərini genişləndirməsi ilə bağlı xidmətlər göstərəcək.

Mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edən normativ hüquqi aktların layihələri isə fərmanda müəyyən edilmiş qurumlar tərəfindən Agentliklə razılaşdırılmalıdır.

Agentliyə iqtisadiyyat nazirinin Prezidentlə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edəcək. Direktorun dörd müavini olacaq.

Qurumun strukturu Aparatdan və regional bölmələrdən ibarət olacaq.

Odlar.media

Etiketlər: