XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:29:19 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Britaniya səfiri: Texnologiya silahlı qüvvələrin fəaliyyət üsulunu dəyişir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Duncan Norman texnologiyanın silahlı qüvvələrin fəaliyyət göstərmə və təhdidlərə cavab vermə üsulunu dəyişdirdiyini bildirib.
Səfir bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Duncan Norman bildirib ki, Böyük Britaniyanın müdafiə naziri Vernon Coaker ilə birlikdə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevlə görüş keçirib.
“Böyük Britaniyanın müdafiə naziri Vernon Coaker və mən müdafiə sənayesi, texnologiya və innovasiya tərəfdaşlığı imkanlarını müzakirə etmək üçün Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə görüşdük”, – deyə səfir bildirib.
O, həmçinin vurğulayıb ki, texnologiya artıq silahlı qüvvələrin fəaliyyət göstərmə və mövcud təhdidlərə cavab vermə üsulunu dəyişir.

Odlar.media

Etiketlər: