Manşet Rəsmi xəbər İlham Əliyev: Süni intellektdən sui-istifadə ictimai etimada ciddi təsir göstərir 01 Oktyabr 2026 • 11:08 • Odlar MEDİA • 👁 28 baxış Mətn: A− A A+ Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt Bağlantını kopyala Başlığı kopyala Çap et Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dezinformasiyanın yayılması və süni intellekt texnologiyalarından sui-istifadə yolu ilə saxta materialların hazırlanmasının ictimai etimada birbaşa təsir göstərdiyini bildirib. Dövlət başçısı bu fikirləri “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciətində səsləndirib. Prezident İlham Əliyev müasir dünyanın mürəkkəb mərhələdən keçdiyini qeyd edərək, rəqəmsal platformaların informasiya məkanında artan roluna diqqət çəkib. “Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri yüksəldir”, – deyə dövlət başçısı vurğulayıb. İlham Əliyev bildirib ki, dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də media savadlılığının artırılması ictimai etimadın dayanıqlı əsaslarının formalaşdırılması üçün mühüm şərtlərdəndir. Odlar.media REKLAMPR məqalənizi Odlar MEDİA-da yerləşdirinƏTRAFLI BAX →