Odlar.media xəbər verir ki, Ağstafa şəhərində yerləşən Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında mübahisə yaşanıb.
Hadisə nəticəsində 1981-ci il təvəllüdlü ibtidai sinif müəllimi P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Müəllimə tibbi yardım göstərilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisə məktəbdə dərs bölgüsü ilə bağlı yaranan mübahisə zamanı baş verib. Zərərçəkən P. Məmmədova həmkarı S. Əhmədovanın ona xəsarət yetirdiyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, müraciətlə əlaqədar Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisə üzrə müvafiq ekspertiza da təyin edilib.
Odlar.media