XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:28 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Kürdəmirdə toy mərasimində kütləvi zəhərlənmə: 91 nəfər xəstəxanaya yerləşdirildi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Kürdəmir şəhərində yerləşən “Günəş” restoranında keçirilən toy mərasimində iştirak edən şəxslər arasında zəhərlənmə şübhəsi qeydə alınıb.
TƏBİB-dən bildirilib ki, ötən gün saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Məlumata görə, xəstəxanaya yerləşdirilən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
İlkin məlumatlarda zəhərlənənlərin sayının 50-dən çox olduğu, onların arasında 7 azyaşlının da olduğu bildirilmişdi.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Odlar.media

Etiketlər: