Təhsil Universitetlərin Bakıdan bölgələrə köçürülməsi təklifi yenidən gündəmdə 30 Sentyabr 2026 • 14:44 • Odlar MEDİA • 👁 50 baxış Mətn: A− A A+ Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt Bağlantını kopyala Başlığı kopyala Çap et Odlar.media xəbər verir ki, Bakının artan nəqliyyat və demoqrafik yükünün azaldılması ilə bağlı universitetlərin, dövlət qurumlarının və iri idarələrin paytaxtdan bölgələrə köçürülməsi təklifi yenidən müzakirə mövzusuna çevrilib. Bu çərçivədə Şamaxı, Ağdam, Xankəndi və Göyçay kimi şəhərlərin adı çəkilir. Təklifin əsas məqsədi paytaxtda sıxlığın azaldılması və regionların sosial-iqtisadi inkişafına əlavə impuls verilməsidir. Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli isə universitet və dövlət qurumlarının Bakıdan köçürülməsinin zəruri olmadığını bildirib. Onun sözlərinə görə, dövlət qurumlarında iş saatlarının fərqləndirilməsi artıq paytaxtdakı sıxlığın azaldılmasına müəyyən təsir göstərir. Hazırda bəzi qurumlarda işə başlama saatları 08:00, 09:00 və 09:30 olaraq müəyyənləşdirilib. E.Kərimli universitetlərdə də dərslərin müxtəlif saatlarda başlanmasının tətbiq oluna biləcəyini qeyd edib. İqtisadçı, həmçinin bəzi təhsil müəssisələrində dərslərin onlayn formatda keçirilməsinin nəqliyyat sıxlığının azalmasına kömək edə biləcəyini düşünür. İqtisadçı hesab edir ki, problemin uzunmüddətli həlli üçün əsas diqqət regionların sosial-iqtisadi inkişafına yönəldilməlidir. “Əslində məsələ təkcə universitetlərin Bakıda yerləşməsi deyil, paytaxta gələn tələbələrin təhsildən sonra regionlarına qayıtmamasıdır. Bakıda iş yerləri daha çox olduğuna görə insanların şəhərə axını və marağı artır”, – deyə E.Kərimli bildirib. Onun fikrincə, regionlarda yeni iş yerlərinin yaradılması və biznes imkanlarının genişləndirilməsi insanların doğma bölgələrinə qayıtmasına şərait yarada bilər. Bu isə paytaxta olan miqrasiya təzyiqinin azalmasına və Bakıdakı sıxlığın yumşalmasına təsir göstərə bilər. Odlar.mediaREKLAMPR məqalənizi Odlar MEDİA-da yerləşdirinƏTRAFLI BAX →