XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

AB İran müharibəsindən sonra qazıntı yanacağına əlavə 100 milyard avro xərcləyib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, İran müharibəsinin başlanmasından bəri Avropa İttifaqı (AB) qazıntı yanacağının idxalına əvvəlki dövrlə müqayisədə əlavə 100 milyard avro xərcləyib.
“Financial Times”ın məlumatına görə, Avropanın idxal etdiyi yanacağın həcmi əvvəlki illə təxminən eyni səviyyədə qalıb. Əlavə xərclərin əsas hissəsi enerji daşıyıcılarının bahalaşması ilə bağlı olub və bu vəsait Avropaya əlavə enerji təminatı yaratmayıb.
Bununla yanaşı, ABŞ-ın dizel ixracına mümkün məhdudiyyətlər tətbiq edə biləcəyi ilə bağlı ehtimallar Avropada yeni narahatlıqlara səbəb olub.
Məlumata görə, Avropa ölkələri mümkün tədarük fasilələrinin qarşısının alınması və yarana biləcək problemlərin aradan qaldırılması üçün müxtəlif tədbirləri müzakirə edirlər.

Odlar.media

Etiketlər: