XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:43 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Hörmüz boğazında neft tankerinə naməlum mərmi ilə zərbə endirilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Hörmüz boğazında xam neft tankeri naməlum mərmi ilə vurulub.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Xidməti (UKMTO) bildirib ki, strateji əhəmiyyət daşıyan su yolunda baş verən insident barədə məlumat quruma gecikmiş şəkildə daxil olub.
Məlumata görə, çərşənbə axşamı baş verən hadisə zamanı xam neft tankeri sol bortundan naməlum mərmi ilə vurulub.
UKMTO gəminin adını açıqlamayıb. Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması, gəminin aldığı zərərin miqyası və mərminin mənşəyi barədə də hələlik məlumat verilməyib.
Qurum insidentlə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.

Odlar.media

Etiketlər: