XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:36 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Əməkdar artist Mətanət İsgəndərli 25 il sonra istədiyi saç düzümünə qayıtdı: “Arıqladım və qismət oldu”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Əməkdar artist Mətanət İsgəndərli 25 il əvvəl arzuladığı saç düzümünü yenidən etdirməsindən danışıb.
Müğənni “Qonaqcanlı” verilişində çıxışı zamanı bildirib ki, həmin saç düzümünü o vaxt da etmək istəyib və arıqladıqdan sonra yenidən bu stili sınayacağına özünə söz verib.
“25 il əvvələ qayıtdım. Bu saç düzümünü istəyirdim. Özümə söz vermişdim ki, arıqlayım, yenə edəcəyəm. O vaxtlar şokolad qutularının üzərində də belə fotom var idi. Arıqladım və qismət oldu”, – deyə M. İsgəndərli bildirib.
Əməkdar artist plastik əməliyyat etdirməsi barədə də danışıb. O, əvvəllər qarın nahiyəsində artıq çəkidən narahat olduğunu və istədiyi geyimləri rahatlıqla geyinə bilmədiyini söyləyib.
“Əvvəl qarın nahiyəmdən əziyyət çəkirdim, istədiyimi geyinə bilmirdim. Həkimə dedim ki, məni bu indiki bədən quruluşundan etmə, artıq olanı yığışdır. Baxın, artıq heç nə etməmişəm. Bu sənətdə qocalmaq yoxdur. Səhnə gözəllik tələb edir. Sənət adamının yaşı yoxdur”, – deyə sənətçi qeyd edib.
Qeyd edək ki, Mətanət İsgəndərli plastik əməliyyatını İstanbulda yerləşən “İstanbul NS” klinikasında etdirdiyini bildirib.

Odlar.media

Etiketlər: