Odlar.media xəbər verir ki, Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinəDubay–Təl-Əviv reysi istiqamətini dəyişdi: təyyarənin qaçırılması xəbəri təkzib edildi məxsus sərnişin təyyarəsi uçuş zamanı istiqamətini dəyişərək Səudiyyə Ərəbistanına eniş edib.
İlkin məlumatlarda təyyarənin qaçırılması ilə bağlı siqnal verdiyi bildirilib. İsrail mediasının yaydığı xəbərlərə görə, ekipaj fövqəladə vəziyyət kodunu aktivləşdirərək təhlükə siqnalı göndərib. Bundan sonra təyyarə İordaniya üzərində müəyyən müddət dövrə vuraraq Səudiyyə Ərəbistanına istiqamət alıb.
Hadisə ilə əlaqədar İsrail Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı səviyyəsini yüksəltdiyi və havaya qırıcı təyyarələr qaldırdığı bildirilib. İsrailin Baş naziri Binyamin Netanyahunun isə təhlükəsizlik məsələləri ilə bağlı təcili müşavirə keçirdiyi qeyd olunub.
Təyyarə daha sonra Səudiyyə Ərəbistanına təhlükəsiz şəkildə eniş edib. Məlumata görə, göyərtədə 150-dən çox sərnişin olub və onların əksəriyyəti İsrail vətəndaşları olub.
Hadisədən sonra “Flydubai” təyyarənin qaçırılması ilə bağlı məlumatları təkzib edib. Aviaşirkətin açıqlamasında bildirilib ki, uçuşun istiqamətinin dəyişdirilməsi pilotlar arasında yaranan mübahisədən sonra həyata keçirilib.
Beləliklə, ilkin olaraq təyyarənin qaçırılması ehtimalı ilə bağlı yayılan məlumatlar sonradan aviaşirkətin açıqlaması ilə təkzib olunub.
Odlar.media